AZ

DİN: Paytaxt və respublikanın rayonlarından 2 avtomat silahı, 2 qumbara təhvil götürülüb

DİN:

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarından 1 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 4 patron darağı və 125 müxtəlif çaplı patron aşkarlayaraq təhvil götürüblər.

Həmin gün həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 2 patron darağı və 4 müxtəlif çaplı patron aşkarlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
23
xalqcebhesi.az

10Mənbələr