AZ

Slotdan "Liverpul" açıqlaması

style='margin-bottom:10px;'>

"Feyenoord"un baş məşqçisi Arne Slot cari mövsümün sonunda "Liverpul"a rəhbərlik edəcəyi haqda məlumatlara münasibət bildirib.

QOL.az "Daily Mail"ə istinadən xəbər verir ki, mütəxəssis "mersisaydlılar"la danışıqların getdiyini və bu komandanı çalışdırmaq istədiyini etiraf edib:

“Hələlik rəsmi olaraq heç nə təsdiqlənməyib. İndi sinəmdə "Feyenoord" emblemi var. Ona görə də yalnız "Feyenoord" haqqında danışmaq niyyətindəyəm. Bununla belə, mən razılığın əldə olunacağını gözləyirəm”.

Xatırladaq ki, daha əvvəl mətbuatda niderlandlı mütəxəssisin artıq “Liverpul”la 2027-ci ilə qədər müqavilə imzaladığı haqda məlumat yayılmışdı. İngiltərə klubunun müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə təzminat kimi "Feyenoord"a 13-15 milyon avro ödəyəcəyi vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq