AZ

Təsdiqlədi: gələn mövsüm “Liverpul”u çalışdıracaq

Arne Slot “Liverpul”un baş məşqçisi olacağını təsdiqləyib.

Publika.az xəbər verir ki, “Feyenoord”un baş məşqçisi bu barədə Niderland çempionatının son turundan əvvəl keçirilən mətbuat konfransı zamanı deyib.

“Növbəti mövsüm “Liverpul”un baş məşqçisi olacağımı təsdiqləyə bilərəm”, – Slot deyib.

Daha əvvəl bildirilmişdi ki, mersisaydlılar Slot üçün 15 milyon avroya qədər kompensasiya ödəyəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
23
publika.az

10Mənbələr