Vaşinqtonda orta məktəb yaxınlığında atəş açılıb, 17 yaşlı şagird xəstəxanaya yerləşdirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli polis idarəsi sosial şəbəkədə bildirib.
“İlkin məlumata görə, güllə məktəb binasına tuş gələrək qız şagirdə dəyib”, – məlumatda diqqətə çatdırılıb.
Polis məktəb binasında təhlükəsizliyə birbaşa təhlükə olmadığını açıqlayıb.
Hüquq-mühafizə orqanlarının rəsmisi mətbuat konfransında deyib ki, hadisə şahidləri silsilə atəş səsləri eşidiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının fərziyyəsinə görə, bu, bir neçə nəfər arasında atışma olub.
Polis hadisə ilə bağlı araşdırma aparır.