SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli polis idarəsi sosial şəbəkədə bildirib.

“İlkin məlumata görə, güllə məktəb binasına tuş gələrək qız şagirdə dəyib”, – məlumatda diqqətə çatdırılıb.

Polis məktəb binasında təhlükəsizliyə birbaşa təhlükə olmadığını açıqlayıb.

Hüquq-mühafizə orqanlarının rəsmisi mətbuat konfransında deyib ki, hadisə şahidləri silsilə atəş səsləri eşidiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının fərziyyəsinə görə, bu, bir neçə nəfər arasında atışma olub.