AZ

Zurabişvili Mişele: “Heç kim Gürcüstanın Avropa yoluna mane ola bilməz”

Gürcüstan prezidenti Salome Zurabişvili ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ölkədə baş verən hadisələrlə bağlı telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə yerli KİV prezident administrasiyasına istinadən məlumat yayıb.

Mişellə söhbətində Zurabişvili vurğulayıb ki, heç kim Gürcüstanın Avropa yoluna mane ola bilməz və bu, Avropa üçün heç də az əhəmiyyət kəsb etmir.

“Gürcüstan prezidenti ölkədə baş verən hadisələri, Gürcüstanın Avropaya inteqrasiyasını və buna mane olan amilləri, parlament tərəfindən yenidən geri qaytarılan “Xarici agentlər” qanun layihəsini müzakirə edib”, – prezident administrasiyasının məlumatında deyilir.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
50
Mənbələr
Şərh ()
Bağla