AZ

Tbilisidə etirazçılar yolu bağlamaq istəyiblər,saxlanılanlar var

Gürcüstanın paytaxtı Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları “Qəhrəman” meydanında yolu bağlamağa cəhd ediblər.

“İki sahil” xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onları patrul polisi maşınları ilə ərazidən çıxarıblar. Mitinq iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olub. Aksiyanın bir neçə fəalı saxlanılıb.

Polis etirazçılara qanunlara tabe olmağa və aksiyanı dinc şəkildə keçirməyə çağırıb.

Qeyd edək ki, Gürcüstan parlamenti bu gün "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
289
5
ikisahil.az

10Mənbələr