AZ

Bakıda yeni nəqliyyat mübadilə mərkəzi yaradılması tıxaca necə təsir edəcək? (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadiləmərkəzi yaradılır. Aparılan təhlillər göstərir ki, hazırdaBakıətrafı kənd və qəsəbələrə getmək istəyən sərnişinlər “Koroğlu”metrostansiyasının şimal çıxışında yerləşən mövcud avtobusdayanacaq məntəqəsinə çatmaq üçün 5-8 dəqiqə vaxt sərf edir. Bu dasərnişinlər üçün əlavə vaxt itkisidir. Eyni zamanda,metrostansiyanın qarşısında şəxsi maşınlarla sərnişin daşınır ki,bu da nəqliyyat sıxlığı yaradır.

Bəs, yeni yaradılacaq nəqliyyat mübadilə mərkəzi tıxaca necətəsir edəcək?

Məslələni Trend-ə şərh edən nəqliyyat məsələləri üzrə ekspertRauf Ağamirzəyev bildirib ki, bu layihə paytaxtımız üçün çox önəmliolacaq.

"Nəqliyyat növləri arasında rahat keçidin təmin olunmasıməqsədilə ərazidə avtobus, metro, dəmiryolu stansiyası, taksiduracağı, ictimai və fərdi nəqliyyat qovşağını əlaqələndirməsi, bugünə qədər Bakıda olmayan minik avtomobilləri üçün “park and ride”tipli parklanma yerləri təşkil edilməsi də şəhər nəqliyyatınıntənzimlənməsinə müsbət təsir edəcək. “Koroğlu” metrostansiyasıistiqamətində hərəkət edən sərnişinlər bir nəqliyyat növündəndigərinə daha rahat keçidi təmin edəcək", - deyə o qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla