AZ

Bakıda yeni nəqliyyat mübadilə mərkəzi yaradılması tıxaca necə təsir edəcək? - VİDEOMÜSAHİBƏ

"Koroğlu" metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılır. Aparılan təhlillər göstərir ki, hazırda Bakıətrafı kənd və qəsəbələrə getmək istəyən sərnişinlər "Koroğlu" metrostansiyasının şimal çıxışında yerləşən mövcud avtobus dayanacaq məntəqəsinə çatmaq üçün 5-8 dəqiqə vaxt sərf edir. Bu da sərnişinlər üçün əlavə vaxt itkisidir. Eyni zamanda, metrostansiyanın qarşısında şəxsi maşınlarla sərnişin daşınır ki, bu da nəqliyyat sıxlığı yaradır.

Bəs, yeni yaradılacaq nəqliyyat mübadilə mərkəzi tıxaca necə təsir edəcək?

Məslələni Trend-ə şərh edən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu layihə paytaxtımız üçün çox önəmli olacaq.

"Nəqliyyat növləri arasında rahat keçidin təmin olunması məqsədilə ərazidə avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, ictimai və fərdi nəqliyyat qovşağını əlaqələndirməsi, bu günə qədər Bakıda olmayan minik avtomobilləri üçün "park and ride" tipli parklanma yerləri təşkil edilməsi də şəhər nəqliyyatının tənzimlənməsinə müsbət təsir edəcək. "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən sərnişinlər bir nəqliyyat növündən digərinə daha rahat keçidi təmin edəcək", - deyə o qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
day.az

2Mənbələr