AZ

"Qalatasaray" ulduz futbolçunu satmaq istəyir

"Qalatasaray" rəhbərliyi Kerem Aktürkoğlu ilə bağlı gözlənilməz qərar verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi türk futbolçunu satmağı planlaşdırır. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Sarı-qırmızılar" 25 yaşlı vinger üçün 10 milyon avrodan yuxarı gələcək təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, "Qalatasaray" Kerem Aktürkoğlunu 2020-ci ilin yayında "Erzincanspor"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "cimbom"un heyətində meydana çıxdığı 50 rəsmi matçda 15 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
2
Mənbələr
Şərh ()
Bağla