AZ

“Qalatasaray” əsas hücumçusunu satmağa qərar verdi

"Qalatasaray" rəhbərliyi Kerem Aktürkoğlu ilə bağlı gözlənilməz qərar verib. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi türk futbolçunu satmağı planlaşdırır. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Sarı-qırmızılar" 25 yaşlı vinger üçün 10 milyon avrodan yuxarı gələcək təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, "Qalatasaray" Kerem Aktürkoğlunu 2020-ci ilin yayında "Erzincanspor"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "cimbom"un heyətində meydana çıxdığı 50 rəsmi matçda 15 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
2
bizim.media

3Mənbələr