AZ

Ukraynanın məğlubiyyəti Avropa üçün təhlükəlidir -Kemeron

Rusiya Ukraynaya qarşı müharibədə qalib gəlsə, Avropa üçün böyük təhlükə yaranacaq.

“İki sahil” "RBK-Ukraina"ya istinadla xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Kemeron Sky News-a müsahibəsində bildirib.

O qeyd edib ki, Avropa iki variantla üzləşə bilər. Onlardan birində Ukrayna ədalətli sülhü təmin edə biləcək.

Kemeronun fikrincə, bu, Avropanın çiçəklənməsi üçün əsasdır.

Britaniyanın XİN rəhbəri hesab edir ki, Rusiyanın uğur qazanması, Ukraynanın isə geri çəkilməsi çox təhlükəlidir.

O qeyd edib ki, Moldova və hətta Baltikyanı ölkələr də bundan narahat olacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
44
Mənbələr
Şərh ()
Bağla