AZ

Rusiya qoşunları Xarkov vilayətində 5 qəsəbəni işğal etdi

Rusiya Müdafiə Nazirliyi qoşunlarının Ukraynanın Xarkov vilayətində irəlilədiyini açıqlayıb.

Viral.az-ın məlumatına görə, açıqlamada deyilir ki, hücum hərəkətləri nəticəsində “Şimal” qoşun qruplaşmasının bölmələri Xarkov vilayətinin Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya və Streleçya qəsəbələrini ələ keçirib.

Həmçinin bildirlir ki, Rusiya ordusu Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin 23, 43-cü mexanikləşdirilmiş briqadalarının, 120, 125-ci hərbi müdafiə briqadalarının və Ukrayna Sərhəd Xidmətinin 15-ci sərhəd dəstəsinin canlı qüvvəsini və texnikasını məhv edib.

Qeyd olunur ki, Ukrayna tərəfinin gün ərzində itkiləri 170 hərbçi, üç zirehli döyüş maşını və dörd avtomobil təşkil edib.

“Bundan əlavə, aşağıdakılar məhv edilib:
Çexiya istehsalı olan “Vampire” reaktiv reaktiv sistemli döyüş maşını, Fransa istehsalı olan 155 mm-lik “Sezar” özüyeriyən artilleriya qurğusu, 155 mm-lik “Boqdan” özüyeriyən artilleriya qurğusu, 4 ədəd 152 mm D -20 haubitsa, 122 mm D haubitsa -30 və Buk zenit-raket kompleksinin iki özüyeriyən atış qurğusu”, – məlumatda qeyd olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
265
44
viral.az

10Mənbələr