AZ

Ermənistan Baş Prokurorluğu Paşinyanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib

Ermənistan Baş Prokurorluğu ölkənin Milli Təhlükəsizlik Xidmətinə (MTX) baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması üçün müraciət ünvanlayıb.

Olaylar.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Anna Vardapetyan məlumat yayıb.

Baş prokurorun sözlərinə görə, yalnız müraciət Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən yoxlanıldıqdan sonra baş nazirə qarşı cinayət işinin açılıb-açılmaması ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, bundan əvvəl vəkil Ara Zohrabyan və ehtiyatda olan polkovnik Hayk Naqapetyan da Ermənistan Baş Prokurorluğuna müvafiq müraciət ünvanlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
Mənbələr
Şərh ()
Bağla