AZ

Ermənistan Baş Prokurorluğu Paşinyana qarşı qiyam qaldırdı- baş nazirə cinayət işi açılır

Image

Ermənistan Baş Prokurorluğu ölkənin Milli Təhlükəsizlik Xidmətinə (MTX) baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması üçün müraciət ünvanlayıb.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Anna Vardapetyan məlumat yayıb.

Baş prokurorun sözlərinə görə, yalnız müraciət Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən yoxlanıldıqdan sonra baş nazirə qarşı cinayət işinin açılıb-açılmaması ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, bundan əvvəl vəkil Ara Zohrabyan və ehtiyatda olan polkovnik Hayk Naqapetyan da Ermənistan Baş Prokurorluğuna müvafiq müraciət ünvanlayıb.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
baki-xeber.com

2Mənbələr