AZ

"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Bu minvalla İstisu sanatoriyasının tikintisini sürətləndirmək məsələsi Mərkəzi Komitənin müzakirəsinə çıxarıldı...”
 
Bu gün işğaldan azad olunmuş digər bölgələrimiz kimi dağlar gözəli, cənnətməkan  Kəlbəcərdə də tikinti-quruculuq işlərinə start verilib. Digər rayonlarımızla müqayisədə sərt dağlıq relyefi və iqlimi ilə seçilən bu ərazidə hər hansı tikinti işi aparmaq, layihə icra etmək həddindən artıq böyük zəhmət, eneji, vəsait tələb edir. Hələ texnika və texnologiyanın inkişaf etdiyi, Azərbaycanın geniş iqtisadi-maliyyə imkanlarına malik olduğu indiki zamanda... Bəs görəsən, 1950-ci illərdə, hələ nəinki dağ kəndlərinə, arandakı bir sıra rayon mərkəzlərinə belə, elektrik və radio xəttlərinin yenicə çəkildiyi, adi texniki qurğuların, yük avtomobillərinin, buldozerlərin və s. qıt olduğu bir dövrdə Kəlbəcər kimi dəniz səviyyəsindən 2000-3000 metr yüksəklikdə yerləşən bir ərazidə hər hansı bir obyektin tikintisi necə başa gəlirdi?..
 
Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, 1958-1961-ci illərdə  Azərbaycan Həmkarlar İttifaqları Şurasının(AHİŞ) sədri kimi çalışmış  Kamran Hüseynov özünün “Bir ömrün salnaməsi” kitabının “AHİŞ, may 1958” başlıqlı bölməsində Kəlbəcərdəki məşhur İstisu mineral bulağı ətrafında 1920-ci illərdə bəsit bir şəkildə tikilmiş, lakin sonradan, xüsusən İkinci Cahan savaşı illərində nəzarətsiz qalaraq uçulub-dağılmış sanatoriyadakı bərpa və yeni tikinti işlərinin özünün təşəbbüs və səyləri ilə sürətləndirilməsindən, ümumiyyətlə, respublikada Naftalan, Şuşa, Masallı və s. bölgələrdə kurort-sanatoriyaların tikilməsindən,  fəhlələr üçün istirahət və müalicə şəraitinin yaradılmasından və s. bəhs edir.  
Aktuallığını nəzərə alaraq sözügedən kitabdan parçanı Moderator.az oxucularının nəzərinə çatdırırıq:
 
(Əvvəli burada:)
 
O vaxt respublikanın 1-ci katibi olan İmam Mustafayev də bu cür təşəbbüsləri alqışlayan adamdı. Məktub ona çatan kimi hiss edib ki, bunu yazan şəxs Kəlbəcərdə olub, vəziyyəti öyrənib, tiknti, yol, elektrik xətti çəkilməsi məsələlərinin həlli yollarını öyrənəndən sonra məktubu hazırlayıb...
Bu minvalla İstisu sanatoriyasının tikintisini sürətləndirmək məsələsi Mərkəzi Komitənin müzakirəsinə çıxarıldı. Təklif böyük rəğbətlə qarşılandı...
 
...Bir il keçəndən sonra AHİŞ-ə sədr gəldim. Yazdığım təklifin icrasını dəstələyib öz əlimə aldım. Birinci il işə başlamaqdan ötrü təşkilat və müəssisələrdən 36 milyon manat pul topladım...
 
Rəhmətlik İslam Həsənzadə sakit təbiətli, azdanışan adam idi. Mühəndisliyinə isə söz ola bilməzdi. İstisuyun inşasını ona tapşırdılar. Ona dedim:
 
-İslam qardaş, sən işə başla, vəsaitdən ötrü narahat olma, mən sənə kömək edəcəyəm...
 
İslam Həsənzadə dağın başında bir baza yaratdı. 4-5 obyekti, o cümlədən baş binanı- vanna otaqlarını, suyun çəkilməsini baş plana saldı...
 
İstisu sanatoriyası tikilə-tikilə İslam Həsənzadəni Naftalana apardım. O da Rüstəm Aslanova- Mingəçevirə tabe idi...
Naftalan məsələsi qaldırılanda Moskvadan Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının sədri V.Qrişin və Bakıdan Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovla gəldilər ki, işlə yerində tanış olsunlar. Baxdılar, gördülər ki, doğrudan da mən burada böyük iş aparıram.  Moskvadan gələn qonaq  ölkə rəhbəri ilə oradan düz Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdilər. Görülən işlər onların çox xoşuna gəldi...   
 
Deyəsən, elə mənim iş proqramımla tanış olandan sonra V.Qrişinin ürəyində məni Moskvaya aparmaq istəyi baş qaldırmışdı...
 
Nə isə... Eyni vaxtda İstisuda, Naftalanda, Şuşada, Masallıda, Lənkəranda iş gedirdi. AHİŞ-də məsələ qaldırdım ki, 10 il mənə dəyməsinlər və bu işləri tamamlamağa imkan versinlər. Həmin 10 il ərzində Gürcüstandakı sanatoriya-istirahət ocaqlarını ötüb-keçməsək də, onlara lap yaxınlaşacağımıza söz verdim. Çünki Azərbaycanın təbii müalicə imkanları genişdir. Kəlbəcər İstisuyu Karlovı-Varı səviyyəsində bir təbii müalicə, istirahət ocağıdır. Oynaq ağrılarını sağaldan yeganə neft mənbəyi də Naftalandadır. Masallıda, Lənkəranda da kükürdlü sular axır. Şuşanın elə təkcə havası dərmana bərabdərdir. Hələ Göygöl... Bu yerlərin hamısı dünya səviyyəli kurorta çevrilməyə layiq idi. Şəki-Zaqatala zonası da öz növbəsini gözləyirdi. Bu işləri mən görəcəkdim... 
Başqa bir planım da vardı: Xəzərin ətrafında müalicə ocaqları yaratmaq... Eyni zamanda fikirləşirdim ki, müəssisələrdən vəsait toplayıb onların öz qüvvəsindən istifadə etməklə həmin kurortlarda müəsisələr üçün sanatoriyalar tikəcəyik...    Bir tərəfdən də iri müəssisələr üçün gecə prorofilaktoriyaları tikdirməyə başlammışdım. Məsələn, müalicəyə müəyyən qədər ehtiyacı olan fəhlələr gündüzlər işləyir, axşam da gedib prorofilaktoriyada dincəlir, işdən ayrılmadan müalicə olunurdular. Bu üsulu Sovet İttifaqında ilk dəfə Bakıda biz tətbiq etdik. Bizdən sonra bütün ölkə başladı bu qaydadan istifadə etməyə. Gecə profilaktoriya sanatoriyalarının faydası böyük idi: fəhlə vaxtında dincələndə işi də böyük qüvvə ilə girişir, əmək məhsuldarlığı artırdı..
 
Moderator.az-dan xatırlatma:
 
1993-cü ildə Rusiyanın dəstəyi ilə Kəlbəcər rayonu düşmənlərimiz tərəfindən işğal ediləndən sonra 29 il ərzində xarabazara çevrilən İstisu sanatoriyasının təməli Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin iyulunda qoyulub...
 
Təqdim etdi: 
 
Sultan Laçın
 
 
Seçilən
51
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
294
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
250
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
223
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
215
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
212
Azərbaycanda bu məhsul bahalaşdı
204
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
203
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
178
Helikopter qəzası ilə bağlı yeni xəbər
164
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
157
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
157
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
151
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
147
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
145
Həlak olan şəxslər sabah dəfn olunacaq
145
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
143
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
118
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
115
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
114
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
110