AZ

Emin Uçarın tikdirdiyi məktəb cəmi bir neçə il sonra sökülüb-dağılır - VİDEO

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun biznes şəriki Emin Uçar haqda “Hürriyyət”də yazmışdıq. Qeyd etmişdik ki, bu zat vaxtilə Naxçıvan MR-də sayılıb-seçilən, nüfuzlu oliqarxlardan olub. Bu da təsadüf deyildi, çünki o, talıbovlar ailəsinin dəyəri yüz milyonlarla ölçülən biznesinin ortaqlarından biri idi. Bu baxımdan, V.Talıbovun “xanlıq” dövründə E.Uçara Naxçıvanda “gözünün üstündə qaşın var” deyən tapılmazdı.

Təbii ki, bu ortaqlıq sayəsində Emin Uçar bir çox dövlət tenderlərini asanlıqla əldə edir, milyonluq tikinti işləri məhz ona həvalə olunurdu. Naxçıvan şəhərində yerləşən 14 saylı orta məktəbin tikintisi də bu qəbildəndir. Doğrudur, bu, böyük bir layihə olmadığından, burada milyonlarla yeyinti etmək mümkün deyildi. Amma bu gün görünən odur ki, bir çox layihələrdə olduğu kimi, bu məktəbin tikintisi zamanı da büdcədən ayrılan vəsait talan olunub.

Məhz bunun nəticəsidir ki, MR-də “tikinti maqnatı” kimi tanınan Emin Uçarın şirkəti tərəfindən və iş adamının rəhbərliyi altında tikilən məktəb cəmi bir neçə il sonra sökülüb-dağılmağa başlayıb. Hansı ki, hazırda yağışlı havalarda məktəblərdə dərslərin dayandığı, sinif otaqlarına yağış yağdığı bildirilir. “Hürriyyət”ə təqdim olunan video-görüntü də deyiləri təqsdiq edir.

Buyurun, izləyin:

Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
50
hurriyyet.az

10Mənbələr