AZ

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər

Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri Ermənistanın işğalından azad edilən Suqovuşan qəsəbəsində və Talış kəndində səfərdə olublar. 

Dini konfessiyaların nümayəndələri Pasxa bayramı münasibətilə Suqovuşan qəsəbəsindəki və Talış kəndindəki Alban məbədlərini ziyarət ediblər. Dini ayinlər icra olunub, bayram duaları oxunub. 

Talış kəndindəki məbədin həyətində bayram süfrəsi açılıb. Süfrəyə kuliç və digər bayram nemətləri düzülüb, mahnılar ifa olunub. Tolerantlığın bariz nümunəsi olaraq xristianlarla yanaşı, müsəlmanlar da bayram tədbirində iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
xalqqazeti.az

3Mənbələr