AZ

Yerli seçkilərin nəticələri məyusedicidir - Rişi Sunak

İngiltərə və Uelsdə yerli şura üzvlərini və şəhər merlərini seçmək üçün keçirilən seçkilərin nəticələri açıqlanmaqda davam edir. SİA xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak indiyədək açıqlanan nəticələrin məyusedici olduğunu deyib.

“Çalışqan Mühafizəkar Partiyanın yerli şura üzvlərinin seçkilərdə öz yerlərini itirməsi məyusedicidir və mən onlara yerli hökumətdəki bütün xidmətlərinə görə minnətdaram”,- deyə o bildirib.

Baş nazir onu da qeyd edib ki, hələ açıqlanmayan xeyli nəticə var.

Leyboristlər Partiyasının lideri Keir Starmer bu nəticənin Rişi Sunak üçün bir mesaj olduğunu söyləyib və onu “yol açmağa" çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
sia.az

2Mənbələr