AZ

F-16-lar köhnə qırıcılarla birgə döyüşlərə qatılacaq

Ukrayna Silahlı Qüvvələri Kiyevin uzun müddətdir Qərb tərəfdaşlarından tələb etdiyi müasir F-16 qırıcılarını Su-27 və MiQ-29 kimi köhnə təyyarələri ilə birlikdə istifadə etməyi planlaşdırır.

News365.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri İlya Yevlaş bildirib.

O, əmindir ki, pilotlar döyüşlərdə birgə manevrlər edə biləcəklər. “Bundan əvvəl belə təlimlər olub.  2000-ci illərdə F-16-lar artıq Ukraynada uçuşlar həyata keçirmişdi və beynəlxalq təlimlər zamanı  Su-27, MiQ-29 ilə birlikdə kifayət qədər uğurlu manevrlər həyata keçirmişdilər”, - RBC-Ukrayna agentliyi Yevlaşdan sitat gətirir.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla