Ukrayna Silahlı Qüvvələri Kiyevin uzun müddətdir Qərb tərəfdaşlarından tələb etdiyi müasir F-16 qırıcılarını Su-27 və MiQ-29 kimi köhnə təyyarələri ilə birlikdə istifadə etməyi planlaşdırır.
News365.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri İlya Yevlaş bildirib.
O, əmindir ki, pilotlar döyüşlərdə birgə manevrlər edə biləcəklər. “Bundan əvvəl belə təlimlər olub. 2000-ci illərdə F-16-lar artıq Ukraynada uçuşlar həyata keçirmişdi və beynəlxalq təlimlər zamanı Su-27, MiQ-29 ilə birlikdə kifayət qədər uğurlu manevrlər həyata keçirmişdilər”, - RBC-Ukrayna agentliyi Yevlaşdan sitat gətirir.
Tural