AZ

Şahin Mustafayev və Aleksey Overçuk ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Moskvada çoxşaxəli ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, müavinlər bir sıra sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər.

Tərəflər ticari-iqtisadi, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, maliyyə, səhiyyə, mədəniyyət, elm, regionlararası əməkdaşlıq, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriblər.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
26
Mənbələr
Şərh ()
Bağla