Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Moskvada çoxşaxəli ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.
Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.
Məlumata görə, müavinlər bir sıra sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər.
Tərəflər ticari-iqtisadi, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, maliyyə, səhiyyə, mədəniyyət, elm, regionlararası əməkdaşlıq, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriblər.
Gözəl Həşimova