AZ

"Qalib də gəlsə, məğlub da olsa, həmişə “Araz-Naxçıvan”ın yanındayıq"

“Zirə” üzərində sürpriz qələbə qazanan “Araz-Naxçıvan” 9 oyunluq qələbəsizlik seriyasına son qoymağı bacardı.

Sonuncu qələbəsini fevralda Azər Bağırovun rəhbərliyi altında “Neftçi” üzərində qazanan Muxtar Respublika təmsilçisi Elmar Baxşıyevin rəhbərliyi altında çıxdığı ilk iki matçdan məğlub ayrılsa da, 3-cü qarşılaşmada səfərdən 3 xalla qayıtmağı bacardı. Oyunda diqqətçəkən məqamlardan biri də “qırmızı-ağlar”ın azarkeş qrupu “Sektor-85”in tribunadakı yoxluğu idi. Onsuz da son vaxtlar bəzi azarkeş qruplarının komandasını boykot etdiyinin, tribunalardan çəkildiyinin şahidi oluruq. Görəsən, “Sektor-85” də “Forza Neftçi” ilə “Dənizçilər” kimi boykot yolunu tutdu, yoxsa “Qarabağ Ordu” kimi, sadəcə, tribunalardan çəkildi?

Bu sualın cavabını “Sektor-85”in rəhbəri Əhməd Manafovda axtardıq:

“Xeyr, boykot etməmişik. Sadəcə, gələ bilmədik. Klubla heç bir problemimiz yoxdu,hər şey qaydasındadı. Qalib də gəlsə, məğlub da olsa, həmişə “Araz-Naxçıvan”ın yanındayıq. Sadəcə, müəyyən səbəblərdən dolayı gələ bilmədik. Həm iş-dərs günü idi, həm də bizim azarkeşlər çox uzaqdan gəldikləri üçün çətinlik yaşandı”.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla