AZ

SON DƏQİQƏ! Hərbçimiz faciəvi şəkildə həlak oldu

SON DƏQİQƏ! Hərbçimiz faciəvi şəkildə həlak oldu

Azərforum xəbər verir ki, Azpost.info-nun məlumatına görə, mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçular həkimlərin nəzarəti altındadır.

“Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır”, – deyə MN-dən bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1179
28
Mənbələr
Şərh ()
Bağla