AZ

Qəzada xəsarət alan hərbçimiz vəfat edib

Qəzada xəsarət alan hərbçimiz vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərimizin nəzarəti altındadır.

Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Kəlbəcər rayonunda yol qəzası baş verib. Hadisə rayonda Qozlukörpü deyilən ərazinin yaxınlığında qeydə alınıb. Şirkətlərdən birinə məxsus “DAF” avtomobili ilə “VAZ 21 015” markalı avtomobil toqquşub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
15
azpost.info

10Mənbələr