AZ

Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verdi

Bakı. Trend:

Azərbaycanda media Böyük Britaniyadakı kimi azad, demokratik,sabit və firavandır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlərNazirliyinin mətbuat katibi Ayxan Hacızadə Böyük BritaniyanınAzərbaycandakı səfiri Ferqus Auldun paylaşımına cavab olaraq "X"sosial şəbəkə hesabında qeyd edib.

"Səfir, Azərbaycanda media azadlığının hərtərəfliaraşdırılmasını gözdən qaçıran dar perspektivə köklənən iddianızdaədalətlilik və qərəzsizlik yoxdur", -deyə əlavə edilib.

Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri FerqusAuld "X" sosial şəbəkə hesabında Azərbaycan mediasına qarşı əsassıztənqidi fikir səsləndirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
11
Mənbələr
Şərh ()
Bağla