AZ

Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verdi

Azərbaycanda media Böyük Britaniyadakı kimi azad, demokratik, sabit və firavandır.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auldun paylaşımına cavab olaraq "X" sosial şəbəkə hesabında qeyd edib.

"Səfir, Azərbaycanda media azadlığının hərtərəfli araşdırılmasını gözdən qaçıran dar perspektivə köklənən iddianızda ədalətlilik və qərəzsizlik yoxdur", -deyə əlavə edilib.

Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" sosial şəbəkə hesabında Azərbaycan mediasına qarşı əsassız tənqidi fikir səsləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
11
olaylar.az

2Mənbələr