AZ

UKRAYNAYA MƏXSUS KAMİKADZE PİLOTSUZ UÇAN APARAT BELQOROD VİLAYƏTİNDƏ YAŞAYIŞ BİNASINA HÜCUM EDİB

Belqorod vilayətinin Belqorod rayonunun Malinovka kəndi Ukrayna Silahlı Qüvvələrinin (USQ) kamikadze pilotsuz uçan aparatının hücumuna məruz qalıb, sakinlərdən heç kim xəsarət almayıb, əmlaka ziyan dəyib.

Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

“Belqorod rayonunun Malinovka kəndi Ukrayna Silahlı Qüvvələri tərəfindən kamikadze pilotsuz uçan aparatla hücuma məruz qalıb, şükürlər olsun ki, mülki vətəndaşlar xəsarət almayıb”, - o yazıb.

Rayon rəhbəri qeyd edib ki, hücum nəticəsində dam örtüyü, fasad, pəncərələr və divarlar zədələnib. Hadisə yerində təcili yardım xidmətləri işləyir.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
21
Mənbələr
Şərh ()
Bağla