AZ

Bryansk vilayəti üzərində pilotsuz təyyarə məhv edilib

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Bryansk vilayətinin Klimovski rayonu üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus kəşfiyyat pilotsuz təyyarəsini məhv edib.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə regionun qubernatoru Aleksandr Boqomaz özünün Telegram kanalında məlumat verib.

 

O qeyd edib ki, itki yoxdur.

 

Mayın 17-də axşam saatlarında Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələri Şebekinski şəhər rayonunun Murom kəndini atəşə tutub.

 

Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib ki, mayın 17-də Moskva vaxtı ilə saat 15:30 radələrində Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki obyektlərə təyyarə tipli pilotsuz uçuş aparatından istifadə etməklə hücum etmək cəhdini dayandırıb.

 

Hərbi ekspert Aleksey Leonkov Ukrayna pilotsuz təyyarələrinin Rusiya ərazisinə kütləvi basqının məqsədlərini açıqlayıb.

 

Onun sözlərinə görə, düşmən ABŞ-a heç olmasa müəyyən “uğurlar” göstərməyə çalışır, çünki cəbhədə öyünməyə heç nə yoxdur.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
228
10
oxu24.com

10Mənbələr