AZ

Bakıdakı Avropa çempionatına qatılacaq ölkələr bəlli olub

Bakıda ilk dəfə keçiriləcək güləş üzrə U-23 Avropa çempionatına qatılacaq ölkə və idmançıların sayı açıqlanıb.

İdman.biz xəbər verir ki, qitə birinciliyində 32 ölkədən 400-ə yaxın güləşçi mübarizə aparacaq.

Yarış mayın 20-26-da Bakı İdman Sarayında təşkil ediləcək.

Proqrama əsasən, çempionata yunan-Roma güləşçiləri start verəcək. Onlar estafeti qadın idmançılara ötürəcək. Yarışa sərbəst güləşçilər yekun vuracaq. Görüşlər hər gün saat 10:30-da start götürəcək. Avropa çempionatının təntənəli açılış mərasimi mayın 20-də saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yaxın günlərdə biletlər “İticket” şirkəti vasitəsi ilə satışa çıxarılacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
4
Mənbələr
Şərh ()
Bağla