AZ

Bakıda U-23 güləş üzrə Avropa çempionatı keçiriləcək

Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 2022-ci ildə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, bu yaş qrupu üzrə qitə birinciliyinə ölkəmiz ev sahibliyi edəcək.

32 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarış mayın 20-dən 26-dək Bakı İdman Sarayında baş tutacaq. Proqrama əsasən, çempionata yunan-Roma güləşçiləri start verəcəklər. Onlar estafeti qadın güləşçilərə ötürəcək. Yarışa sərbəst güləşçilər yekun vuracaq.

Qeyd edək ki, görüşlər hər gün saat 10:30-da start götürəcək. Avropa çempionatının təntənəli açılış mərasimi mayın 20-də, saat 17:00-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
44
bizim.media

10Mənbələr