AZ

“Qarabağ” və daha 3 klub yenə AFFA-ya pul verəcək

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXXII turunun üç oyunu ilə bağlı cəzaları açıqlayıb.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimə edilib.

“Sumqayıt” 800 manat cərimələnib. Buna “Qarabağ”la oyun bitdikdən sonra meydana kənar şəxslərin çıxması səbəb olub.

Matçın 78-ci dəqiqədə azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün isə "Qarabağ" 800 manat cərimələnib.

"Zirə” – “Araz-Naxçıvan” görüşündə futbolçuları tərəfindən texniki zonanın dam örtüyünə vurulan zərər qonaq komanda tərəfindən ödəniləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
4
sportinfo.az

6Mənbələr