AZ

AFFA İntizam Komitəsi Premyer Liqanın 3 oyunu ilə bağlı cəzaları açıqlayıb

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXXII turunun üç oyunu ilə bağlı cəzaları açıqlayıb.

Ednews qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimə edilib.

“Sumqayıt” 800 manat cərimələnib. Buna “Qarabağ”la oyun bitdikdən sonra meydana kənar şəxslərin çıxması səbəb olub. Matçın 78-ci dəqiqəsində azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün isə "Qarabağ" klubu 800 manat cərimələnib.

“Zirə” – “Araz-Naxçıvan” görüşündə futbolçuları tərəfindən texniki zonanın dam örtüyünə vurulan zərər qonaq komanda tərəfindən ödəniləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
4
ednews.net

6Mənbələr