AZ

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Gert

Bakı, 3 may, AZƏRTAC

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək və hər şeyi görmək istəyirəm.

Avropa Komissiyası Azərbaycanda mina əleyhinə aparılan işlərdə dəstəyini əsirgəmir. Avropa İttifaqına (Aİ) üzv ölkələr həmrəylik göstərəndə ortaya yaxşı iş qoya bilirik. Biz bu məsələdə daha çox iş görməyə hazırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə daş direktoru Gert Jan Koopman “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbirdə söyləyib.

Avropa Komissiyasının rəsmisi bildirib ki, Aİ və üzv dövlətlər 2020-ci ildən bəri Azərbaycana 10 milyon avro məbləğində qrant yardımı edib. Bu məbləğin 13 milyon avroya çatacağı gözlənilir.

“Bacarıqların artırılması üçün 2 milyon avro qrant ayrılıb. “Team Europe” proqramı çərçivəsində də layihələr barədə düşünürük. Azərbaycanın bu layihəyə marağı olsa, kömək etməyə hazırıq”, - deyə Gert Jan Koopman vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
3
Mənbələr
Şərh ()
Bağla