AZ

Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik - Gert Jan Koopman

Bakı. Trend:

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək vəhər şeyi görmək istəyirəm. Avropa Komissiyası Azərbaycanda minaəleyhinə aparılan işlərdə dəstəyini əsirgəmir. Avropa İttifaqına(Aİ) üzv ölkələr həmrəylik göstərəndə ortaya yaxşı iş qoya bilirik.Biz bu məsələdə daha çox iş görməyə hazırıq.

Trend xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Qonşuluqvə Genişlənmə danışıqları üzrə daş direktoru Gert Jan Koopman“Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbirdəsöyləyib.

Avropa Komissiyasının rəsmisi bildirib ki, Aİ və üzv dövlətlər2020-ci ildən bəri Azərbaycana 10 milyon avro məbləğində qrantyardımı edib. Bu məbləğin 13 milyon avroya çatacağı gözlənilir.

“Bacarıqların artırılması üçün 2 milyon avro qrant ayrılıb.“Team Europe” proqramı çərçivəsində də layihələr barədə düşünürük.Azərbaycanın bu layihəyə marağı olsa, kömək etməyə hazırıq”, - deyəGert Jan Koopman vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
3
az.trend.az

4Mənbələr