AZ

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

Ermənistanın Tavuş vilayətinin Kirant kəndindən Qazaxın kəndlərinə gedən yolda minatəmizləmə işləri aparılır.

Yenipress.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, polis xüsusi əməliyyat keçirildiyini bildirərək sakinləri yoldan uzaqlaşdırıb. Hazırda Kirantdan keçən dövlətlərarası yol bağlıdır.

Məlumata görə, Kirantdan Qazaxın təhvil verilməsi nəzərdə tutulan kəndlərinə gedən yolun əksər hissəsi minalardan təmizlənib, artıq əraziyə sərhəd dirəkləri yerləşdirilib.

Nəşr bildirir ki, Ermənistan tərəfi həmin ərazidə demarkasiya prosesinə uyğun olaraq ən mühüm mövqeləri Azərbaycana təhvil verib. Sərhəddə proses yekunlaşana kimi əraziyə, hətta ümumilikdə kəndə girişin məhdudlaşdırılacağı qeyd olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
6
Mənbələr
Şərh ()
Bağla