AZ

Beş ildə əməkhaqqı 75 faiz artıb - Sahil Babayev

Bakı. Trend:

Azərbaycanda atılan bütün addımlar, həyata keçirilən bütüntədbirlər son nəticədə Azərbaycanda yaşayan insanların həyatşəraitinin yaxşılaşdırılması, onların layiqli həyatının, layiqliəməyinin təmin olunmasını əsas hədəf olaraq götürür.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsinaziri Sahil Babayev Medianın İnkişafı Agentliyinin təşkilatçılığıilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusundaForumda deyib.

Nazir bildirib ki, təsadüfi deyil ki, son 5 ildə inqilabi sosialislahatlar həyata keçirilib.

“Dörd sosial islahat paketi çərçivəsində Azərbaycanda 4 milyoninsanı əhatə edən 7 milyard manatlıq sosial dəstək paketi həyatakeçirilib. Bu müddət ərzində ölkəmizdə əmək haqqı fondu 2.8 dəfəartıb, minimum əmək haqqı 2.7 dəfə artıb, orta əməkhaqqı 75 faizartıb”, - deyə nazir bildirib.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinintəşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşımübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçininməişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediadadüzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektivmübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylikili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkilolunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
2
Mənbələr
Şərh ()
Bağla