AZ

Beş ildə əməkhaqqı 75 faiz artıb - Sahil Babayev

Azərbaycanda atılan bütün addımlar, həyata keçirilən bütün tədbirlər son nəticədə Azərbaycanda yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması, onların layiqli həyatının, layiqli əməyinin təmin olunmasını əsas hədəf olaraq götürür.

Day.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda Forumda deyib.

Nazir bildirib ki, təsadüfi deyil ki, son 5 ildə inqilabi sosial islahatlar həyata keçirilib.

"Dörd sosial islahat paketi çərçivəsində Azərbaycanda 4 milyon insanı əhatə edən 7 milyard manatlıq sosial dəstək paketi həyata keçirilib. Bu müddət ərzində ölkəmizdə əmək haqqı fondu 2.8 dəfə artıb, minimum əmək haqqı 2.7 dəfə artıb, orta əməkhaqqı 75 faiz artıb", - deyə nazir bildirib.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində "Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə", "Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması", "Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə" və "Yaşıl dünya naminə həmrəylik ili"ndə media gündəmi" mövzularında panel sessiyalar təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
2
day.az

4Mənbələr