AZ

Pentaqon HƏMAS-ın Qəzzada ABŞ əsgərlərinə hücum edəcəyini gözləmir

“HƏMAS-ın Qəzzada ABŞ əsgərlərinə hücum edəcəyi gözlənilmir”.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin Havay adalarında keçirilən dördtərəfli görüşdən sonra Avstraliya, Filippin və Yaponiyadan olan həmkarları ilə birgə mətbuat konfransında deyib.

Pentaqon rəhbəri ehtimalla bağlı suala belə cavab verib: “Mən burada kəşfiyyat məlumatlarını müzakirə etməyəcəyəm, lakin deyə bilərəm ki, hazırda (Həmas – Gazeta.Ru-nun) bunu etmək üçün aktiv niyyətinin əlamətlərini görmürəm. Söhbət Qəzzada müvəqqəti körpü tikən və sonradan humanitar yardımların təxliyyəsinə nəzarət edəcək Amerika hərbçilərindən gedir”.

Eyni zamanda, Ostin bu hərbçilərin hərbi əməliyyatlara cəlb oluna biləcəyini istisna etməyib.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
Mənbələr
Şərh ()
Bağla