AZ

Ukrayna üçün "kritik silahlar" öncədən hazırlanıb - Pentaqon

ABŞ öncədən Ukrayna üçün bəzi silahları hazırlayıb.

Olaylar xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

"Əlavə maliyyənin ayrılacağını gözləyərək, biz bir qədər irəli getdik, bəzi kritik şeylər hazırladıq", - Ostin bildirib.

Ostinin sözlərinə görə, söhbət hava hücumundan müdafiə sistemləri, artilleriya üçün sursat və HİMARS reaktiv yaylım atəşi qurğusundan gedir.

Eyni zamanda Pentaqon rəhbəri qeyd edib ki, Ukraynada ABŞ silahlarının paylanması və yekun çatdırılmasında Kiyevin özü iştirak edir, lakin bu, ən təcili olaraq Xarkov istiqamətində lazımdır. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
266
7
olaylar.az

10Mənbələr