AZ

Yunan nazirdən təxribat: Mübahisəli adalara silahlı səfər

Yunanıstanın müdafiə naziri Nikos Dendias Şərqi Egey adalarına səfəri çərçivəsində suverenliyi heç vaxt Yunanıstana verilməyən Türkiyə adalarına gedərək yunan əsgərləri ilə görüşüb.   Manset.az "Aydınlıq" qəzetinə istinadən xəbər verir ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias Şərqi Egey adalarına iki günlük səfəri çərçivəsində Kos və Batnoz adalarına gedib. Mayın 1-2-də baş tutan səfərlər zamanı Dendiası general Dimitrios Şoupis və general-leytenant Georgios Kostidis müşayiət edib. Lozanna və Paris müqavilələrinə uyğun olaraq qeyri-hərbi statusa malik olması lazım olan bu adalardakı yunan hərbi hissələrini təftiş edən Dendias və komandanlığı daha sonra Eşek, Keçi, Bulamaç və Kalolimnos Türk adalarına keçib.  Bu adalarda yunan komandoları tərəfindən qarşılanan Dendias sosial media heabından  diqqətçəkən açıqlamalar verib. O, açıqlamasında “Pasxa bayramı münasibətilə Yunanıstanın ən ucqar bölgələrindəki polis bölmələrinə baş çəkdik və orada xidmət edən əsgərlərimizə xoş arzularımızı çatdırdıq. Biz bu səfəri də Şərqi Egeydəki yunan varlığının keçmişi, indisi və əlbəttə ki, parlaq gələcəyinin olduğunu vurğulamaq üçün getdik. Egey Mühafizə Stansiyalarına səfərlərimiz ikinci gün Keçi adasında davam etdi. Mənim zabit və əsgərlərimizə vətənə xidmətlərinə görə təşəkkür etmək və Pasxa bayramı öncəsi onlara uğurlar arzulamaq imkanım olub.  Bu gün Bulamaçdakı Mühafizə məntəqəsində xidmət edən zabit və əsgərlərimizi ziyarət etdik. Onlara vətənə xidmətlərinə görə təşəkkür etmək və Pasxa bayramında onlara uğurlar arzulamaq imkanım oldu. Şərqi Egeyə səfərlərim çərçivəsində ölkəmizin ən şərq bölgələrində yerləşən Kalolimnos Polis İdarəsinə getdim. Arxipelaqın Silahlı Qüvvələrimiz tərəfindən qorunan kiçik adalarına getdim" deyib. Jalə

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla