AZ

AstraZeneca əczaçılıq şirkəti məhkəməyə verildi - SƏBƏB

Böyük Britaniyada yerləşən AstraZeneca əczaçılıq şirkəti məhkəməyə verilib.   Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəməyə verilməsinin səbəbi peyvəndin yan təsir etdiyi bildirilir.  AstraZeneca əczaçılıq şirkəti ilk dəfə hakim qarşısında  Covid peyvəndinin çox nadir yan təsirlərə səbəb ola biləcəyini etiraf edib. Qeyd edək ki, əczaçılıq şirkəti Covid peyvəndi ilə bağlı bir qrup iddiada bir çox iddialarla üzləşir. Bəzi iddiaçılar yaxınlarını itirdiklərini, bəziləri isə peyvəndin səhhətində ciddi problemlər yaratdığını iddia edir. Şirkətə qarşı ilk hüquqi tədbir 2021-ci ilin aprelində peyvənd olunduqdan sonra qan laxtalanması səbəbindən beyin zədəsi alan və işləyə bilməyən iki uşaq atası Ceymi Skott tərəfindən başladılıb. Jalə

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla