AZ

Anomal istilər səbəbindən məktəblər bağlandı - Onlarla adam öldü

Cənub və Cənub-Şərqi Asiyanın bir çox ölkəsində həddindən artıq istilər məktəblərin müvəqqəti bağlanmasına səbəb olub.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, \"Gulf Today” qəzetinin məlumatına görə, Hindistanın Kerala əyalətində hökumət mayın 6-dək ştatda məktəbləri bağlamaq qərarına gəlib.
 
Hindistan Meteorologiya İdarəsinin məlumatına görə, ötən ay Keralada 5 isti dalğası qeydə alınıb.
 
Bildirilib ki, bölgədə kifayət qədər fırtınanın olmaması və ölkənin cənub-şərq sahilləri yaxınlığında antisiklon dövriyyəsi isti dalğalara səbəb olub.
 
Temperaturun 37 dərəcəni keçdiyi Banqladeşdə də təhsil dayandırılıb.

Qeyd olunub ki, ölkədə təxminən 33 milyon uşaq məktəbə gedə bilmir.
 
Kambocada dövlət məktəbləri təhsili gündə 2 saata endirməyə çağırılıb.

Temperaturun təhlükəli həddə çatdığı Filippində əyani təhsil 4 gün müddətinə dayandırılıb. Paytaxt Manilada temperaturun 37 dərəcəni keçə biləcəyi təxmin edilir.

Aprelin 29-da temperaturun normadan 5,5 dərəcə yuxarı qalxaraq 41,9 dərəcəyə çatdığı Keralada isti vurması nəticəsində iki nəfər ölüb.

Hindistanda qeydə alınan ən isti aprel ayı olsa da, istilər səbəbindən ümumilikdə 9 nəfər ölüb.
 
Mikayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla