AZ

REKORD istilər: Təhsil dayandı

“Gulf Today” qəzetinin məlumatına görə, Hindistanın Kerala əyalətində hökumət mayın 6-dək ştatda məktəbləri bağlamaq qərarına gəlib.

News24.az xəbər verir ki, Hindistan Meteorologiya İdarəsinin məlumatına görə, ötən ay Keralada 5 isti dalğası qeydə alınıb.

Bildirilib ki, bölgədə kifayət qədər fırtınanın olmaması və ölkənin cənub-şərq sahilləri yaxınlığında antisiklon dövriyyəsi isti dalğalara səbəb olub.

NBC News-un məlumatına görə, temperaturun 37 dərəcəni keçdiyi Banqladeşdə də təhsil dayandırılıb.

Qeyd olunub ki, ölkədə təxminən 33 milyon uşaq məktəbə gedə bilmir.

Kambocada dövlət məktəbləri təhsili gündə 2 saata endirməyə çağırılıb.

Temperaturun təhlükəli həddə çatdığı Filippində üzbəüz təhsil 4 gün müddətinə dayandırılıb. Paytaxt Manilada temperaturun 37 dərəcəni keçə biləcəyi təxmin edilir.

Sinqapur Yer Rəsədxanasının direktoru Benjamin Horton, temperaturlara uzunmüddətli həll yolu tapmağın vacibliyinə diqqət çəkərək, "İstixana qazı emissiyaları problemini həll etməliyik" deyib.

Aprelin 29-da temperaturun normadan 5,5 dərəcə yuxarı qalxaraq 41,9 dərəcəyə çatdığı Keralada isti vurması nəticəsində iki nəfər ölüb.

Günel Məlikzadə


Hindistanda qeydə alınan ən isti aprel ayı olsa da, istilər səbəbindən ümumilikdə 9 nəfər ölüb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
1
news24.az

3Mənbələr