AZ

Apple-ın gəlirləri azalıb - iPhone satışları 10 faizdən çox azalıb

Apple, 2024-cü maliyyə ilinin ikinci rübü hesab etdiyi 30 Martda bitən 3 aylıq dövr üzrə (yanvar-mart) balans hesabatını açıqlayıb.

Marja.az xəbər verir ki, şirkətin gəliri sözügedən dövrdə illik müqayisədə 4 faiz azalaraq 90,8 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə şirkət 94,8 milyard dollar gəlir əldə etmişdi.

Bazarın proqnozu Apple-ın sözügedən dövrdə gəlirinin 90,01 milyard dollar olacağı idi.

Eyni dövrdə Apple-ın xalis mənfəəti 2 faiz azalaraq 23,6 milyard dollar təşkil edib. Şirkətin xalis mənfəəti 2023-cü ilin eyni dövründə 24,2 milyard dollar olmuşdu.

Şirkətin səhm üzrə mənfəəti qeyd olunan dövrdə 1,52 dollardan 1,53 dollara yüksəlib.

Apple həmçinin 110 milyard dollarlıq səhmləri geri alacağını açıqlayıb. Sözügedən məbləğ şirkətin tarixində ən böyük səhm geri alış məbləğidir.

iPhone satışları 10 faizdən çox azalıb

Bu dövrdə Apple-ın smartfon və planşet satışları azalarkən, kompüter satışları artıb. 30 Martda sona çatan 3 aylıq dövrdə iPhone satışlarının məbləği keçən ilin eyni dövrünə görə 10,5 faiz azalaraq 45,9 milyard dollara geriləyib.

Eyni dövrdə iPad satışlarının məbləği 16,7 faiz azalaraq 5,56 milyard dollar, Mac satışlarının məbləği isə 3,9 faiz artaraq 7,5 milyard dollar olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
5
Mənbələr
Şərh ()
Bağla