AZ

"Apple" gəlirlərini açıqladı - HESABAT

ABŞ-nin texnologiya nəhənglərindən biri olan "Apple"ın gəliri bu ilin birinci rübündə 4% azalaraq 90,8 milyard dollar olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət 3 aylıq dövr üçün balans hesabatını açıqlayıb.

Məlumata görə, ötən ilin eyni dövründə şirkət 94,8 milyard dollar gəlir əldə edib. Bazarın gözləntiləri "Apple"ın sözügedən dövrdə gəlirinin 90,01 milyard dollar olacağı yöndə olub.

Eyni dövrdə "Apple"ın xalis mənfəəti 2% azalaraq 23,6 milyard dollar olub. Şirkətin xalis mənfəəti 2023-cü ilin eyni dövründə 24,2 milyard dollar təşkil edib. Şirkətin səhm üzrə mənfəəti qeyd olunan dövrdə 1,52 dollardan 1,53 dollara yüksəlib.

"Apple", həmçinin 110 milyard dollarlıq səhmləri geri alacağını açıqlayıb. Sözügedən məbləğ şirkətin tarixində ən böyük səhm geri alış məbləğidir.

Bu dövrdə "Apple"ın smartfon və planşet satışları azalarkən, kompüter satışları artıb.

Hesabat dövründə "iPhone" satışlarının dəyəri keçən ilin eyni dövrünə görə 10,5% azalaraq 45,9 milyard dollara enib. Eyni dövrdə "iPad" satışları 16,7% azalaraq 5,56 milyard dollar, "Mac" satışları isə 3,9% artaraq 7,5 milyard dollar olub.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
5
iqtisadiyyat.az

6Mənbələr