AZ

Azərbaycan Basketbol Liqası: “Neftçi” uduzub, "Xırdalan" yarımfinalda

Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, ilk oyun günündə “Neftçi” və “Xırdalan” üz-üzə gəlib.
Birinci görüşdə uduzan “ağ-qaralar” revanş ala bilməyiblər. "Neftçi" uzun müddət hesabda öndə olsa da, son dəqiqədə “Xırdalan” hər şeyi öz xeyrinə dəyişib. 76:73 hesabı ilə qalib gələn Uğur Özdemirin komandası ilk yarımfinalçı olub.
Qeyd edək ki, "Xırdalan" yarımfinalda "Sabah"la, “Xəzri” - “Sərhədçi” görüşünün güclüsü isə NTD-İNDİQO ilə qüvvəsini sınayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
1
xalqcebhesi.az

2Mənbələr