Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və CHP sədri Özgür Özəl arasında görüş baş tutub.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında təşkil edilən görüş 1 saat 35 dəqiqə çəkib və müsbət atmosferdə keçib.
Söhbətin təfərrüatı açıqlanmır.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Özgür Özəl ən son aprelin 23-də Türkiyə Böyük Millət Məclisində digər siyasi partiyaların nümayəndələrinin də olduğu bayramlaşma tədbirində bir araya gəliblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun