AZ

Ərdoğan CHP sədri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və CHP sədri Özgür Özəl arasında görüş baş tutub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında təşkil edilən görüş 1 saat 35 dəqiqə çəkib və müsbət atmosferdə keçib.

Söhbətin təfərrüatı açıqlanmır.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Özgür Özəl ən son aprelin 23-də Türkiyə Böyük Millət Məclisində digər siyasi partiyaların nümayəndələrinin də olduğu bayramlaşma tədbirində bir araya gəliblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
milli.az

3Mənbələr